İran İsraili yenidən super ağır raketlərlə vurdu
"Əsl Vəd 4" əməliyyatı çərçivəsində "Xorrəmşəhr", "Xayber Şekan", "Emad" və "Qədr" superağır raketləri ilə İsrailə 46-cı zərbə dalğası həyata keçirilib.
Çağrı.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin ən böyük şəhərlərinə yönəlib. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. Məlumata görə, İran İsrail və Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı Amerika hərbi bazalarına da raket və dronlar atıb.
İsrail və ABŞ-ın hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər həlak olub.
Martın 2-də Hizbullah da İsrailə qarşı müharibəyə başlayıb. İsrail hərəkata qarşı hücuma başladığını elan edib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: