Telefon
WhatsApp
İran ölkə daxilində hava nəqliyyatını bərpa edib
300 X 250 Reklam Alanı

"İran hakimiyyəti ölkənin qərb hissəsi üzərindən hava nəqliyyatını tam bərpa edib və tranzit uçuşlara icazə verib".

Çağrı.az xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat verib.

Əvvəllər uçuşlara yalnız İranın şərqində icazə verilirdi.

"Ölkənin qərb hissəsindəki hava məkanı, şərq hissəsi kimi, 24 saat fəaliyyətə başlayıb. Daxili uçuşlarla yanaşı, ölkənin hava məkanından tranzit uçuşlar üçün də lazımi şərait yaradılıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, ölkədəki bütün hava limanları ölkənin aeronaviqasiya məlumatları nəşrində göstərilən şərtlərə və qaydalara uyğun olaraq aviasiya fəaliyyətini həyata keçirə bilər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!