İran səfiri: Vaşinqton Tehrana yeni planı hazırlamağı təklif edir
"İranın ABŞ-ın 15 maddəlik sülh planını rədd etməsindən sonra Vaşinqton vasitəçilər vasitəsilə Tehrana yeni danışıqlar planı yaratmağı təklif edib".
Çağrı.az xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali "Vedomosti" qəzetinə verdiyi müsahibədə bildirib.
"Biz həmişə danışıqlara hazır olduğumuzu bildirmişik. Amma güc və təhdid mövqeyindən yox. Təzyiq altında danışıqlar yox. Amerikalılar əvvəlcə danışıqlar üçün 15 bəndlik plan göndərdilər. Biz onların 15 bəndlik planını qəti şəkildə rədd etdik, bununla razılaşa bilmədik. Sonra isə amerikalıların özləri vasitəçilər vasitəsilə İrana yeni bir plan hazırlamağı təklif etdilər", - Cəlali qeyd edib.
Səfir əlavə edib ki, İran 10 maddəlik plan hazırlayıb. Vasitəçilərin sözlərinə görə, ABŞ bu plana razılıq verib və bu, danışıqlar üçün əsas ola bilər.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər