İran: Türkiyədə vurulan raketlər üçüncü tərəf tərəfindən atılıb
"Türkiyədə vurulan raketlər üçüncü tərəf tərəfindən atılıb".
Çağrı.az xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollazadə deyib.
"Biz Türkiyənin milli suverenliyinə hörmətlə yanaşırıq. Bu baxımdan, Silahlı Qüvvələrimiz, Baş Qərargahımız və Xarici İşlər Nazirliyimiz əvvəllər Türkiyənin raket və ya sursatla atəşə tutulmasını təkzib edən bir bəyanat yaymışdı. Bu vəziyyəti həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün hadisəni daha ətraflı araşdırmaq üçün texniki qrup yaratmağı təklif etdik. Çünki bunun necə baş verdiyinə də əmin deyilik. Bizim fikrimizcə, bu hərəkətlər üçüncü tərəflər tərəfindən törədilə bilərdi və bu üçüncü tərəflərin səyləri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə zərər verməyə yönəlib. Biz bu təklifi vermişik, amma hələ də onun həyata keçirilməsini gözləyirik", - səfir bildirib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: