İran Türkiyəyə ballistik raket atdı
İran Türkiyəyə ballistik raket atdı.
Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan buraxılan və ölkənin hava məkanına doğru irəlilədiyi müəyyən edilən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.
Çağrı.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, raket Şərqi Aralıq dənizi regionunda yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.“İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib.
Raketin bəzi hissələri Qaziantepdəki boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ərazimizə və hava məkanımıza yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Hər kəsə xatırladırıq ki, Türkiyənin bu mövzuda xəbərdarlıqlarına qulaq asmaq hər kəsin xeyrinədir”, - qurumun bəyanatında deyilir.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: