İran və ABŞ əlaqələrini kəsməyib - Əraqçi
"Tehran və Vaşinqton münaqişənin həlli üçün vasitəçilər vasitəsilə danışıqlar aparır və əlaqələri kəsməyiblər; tərəflər hazırda əvvəllər mübadilə etdikləri mətnləri nəzərdən keçirirlər".
Çağrı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Məyadin" televiziyasına verdiyi müsahibədə bildirib.
Livandakı vəziyyətə görə danışıqlar prosesinin dayandırılıb-dayandırılmadığı ilə bağlı suala cavab olaraq, o, "xarici amillərin danışıqlara təsir etdiyini" qeyd edib: "Hazırda danışıqlar prosesi başlamayıb, lakin mesaj mübadiləsi davam edir. İki gün əvvəl ABŞ-a İsrailin Beyruta qarşı təcavüzünə son qoyulmasının vacibliyi barədə mesaj göndərdik. Əlaqələrimiz kəsilməyib".
"Biz əvvəllər Amerika tərəfi ilə mübadilə etdiyimiz mətnləri öyrənirik və sənədin son layihəsi üzərində işləyirik", - deyə xarici işlər naziri bildirib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər