Telefon
WhatsApp
İran XİN: Fransa və Omanın Hörmüzün minalardan təmizlənməsinə icazə verməyəcəyik
300 X 250 Reklam Alanı

"İran Fransa və Omanın Hörmüz boğazının minalardan təmizlənməsində iştirak etməsinə icazə verməyəcək".

Çağrı.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.

Onun sözlərinə görə, boğazın minalardan təmizlənməsi İranın müstəsna məsuliyyətidir və başqa heç bir ölkənin bu prosesdə iştirakına icazə verilməyəcək.

Daha əvvəl Fransa prezidenti Emmanuel Makron Paris və Maskatın Hörmüz boğazının minalardan təmizlənməsində tərəfdaşları ilə birgə iştirak etmək və gərginliyin azaldılması istiqamətində işləmək barədə razılığa gəldiyini açıqlamışdı.

Cavab olaraq, İran diplomatı Tehranın prinsip etibarilə bu cür hərəkətlərə icazə vermədiyin" vurğulayaraq, bölgədəki vəziyyətin həssas və mürəkkəb olaraq qaldığını qeyd edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!