“İranda bir nəfər vətəndaşımız xəsarət alıb” - XİN
“Qeyd edək ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir”.
Çağrı.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı bildirib.
O qeyd edib ki, vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir:
“İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır.
Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib.
Ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur.
Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur”.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: