İranda hakimiyyət böhranı dərinləşə bilər? - EKSPERT RƏYİ
"İranı indiyədək ayaqda saxlayan avantüralara getməməsidir".
Çağrı.az xəbər verir ki, bu açıqlama ilə siyasi məsələlər üzrə ekspert Tural Əliyev çıxış edib.

O qeyd edib ki, İran yaxın ətrafda proksi qüvvələrlə təhlükələri kənar sərhəd daxilində saxlayırdı, çünki birbaşa münaqişəyə cəlb olunsaydı (inqilabın ilk illərində İraq istisna, əksinə teokratik hakimiyyət daxildə gücləndi), dərhal ona qarşı koalisiya qurulacaqdı:
"Bu səbəbdən 2023-cü ildən İrana bağlı hərbi qrupları zərərsizləşdirilməyə başlanıldı. Son məqsədin İrana çatacağı əvvəlcədən bəlli idi, bunu İrandakı siyasi elita anlamamış deyildi. Rusiyanın niyyəti Ukrayna torpaqlarının bir hissəsini ilhaq etməkdir, gizlətmir. ABŞ isə İranı tutmaq istəmir, özünə bağlı hakimiyyət qurmaqla Orta Şərqi bütövlükdə resurslar qarışıq asılı salmağa çalışır".
Ekspert bildirib ki, hazırkı hərbi kampaniyanın səbəblərini öncə İran daxilində axtarmaq lazımdır, çağırış oradan gəlir:
"Xamenei sağlığında oğlunu öz postuna gətirməyə istiqamətlənmişdi. Görünür müqavimət və narazılıq olduğuna görə müəyyən qədər çətinlik çəkirdi. Əgər Müctəba Xamenei Ekspertlər Şurası tərəfindən rəsmi olaraq ali dini rəhbər seçilsə və hərbi əməliyyatlar səngisə, ehtimal odur ki, son proseslər buna hesablanmışdır. Şəxsi mülahizələrimə görə, İran daxilində böhran dərinləşəcək, əvvəlki status kvonu saxlaya biləcək güclü və birləşdirici fiqurun yoxluğu daxili kommunikasiyanı zəiflədəcək".





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib