İranın yeni ali dini lideri seçildi
Müctəba Xameneyi yeni ali dini lider seçildi.
İranın yeni ali dini lideri seçilib.
Çağrı.az xəbər verir ki, İran ali dini liderini seçmək səlahiyyətinə malik Ekspertlər Şurası – Məclisi Xübrəqan nümayəndəsi Ayətullah Eşkevari açıqlamasında bildirib ki, yeni ali dini lider artıq müəyyənləşdirilib.
Açıqlamaya görə, yeni dini lider Müctəba Xameneidir. Qərar Ekspertlər Şurasında əzici çoxluqla qəbul olunub.
Açıqlama İran siyasi dairələrində və dünya mediasında yeni ali dini liderin mərhum lider Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei olduğu fikri öz təsdiqini tapıb. Çünki Xamenei ailəsində bu posta real namizəd kimi uzun illərdir məhz onun adı çəkilirdi.
1969-cu ildə Məşhəd şəhərində anadan olan Müctəba Xamenei dini təhsilini əsasən Qum şəhərində alıb. Şiə fiqh məktəbinin klassik proqramlarını keçdiyi bildirilsə də, onun ali dini rütbəyə – mərceyi-təqlid səviyyəsinə yüksəlib-yüksəlmədiyi uzun illər müzakirə mövzusu olub. İranın ali dini lideri postuna seçilmək üçün yüksək dini status ənənəvi şərt sayılsa da, siyasi reallıqlar çox zaman bu kriteriyadan üstün tutulur.
Müctəba Xamenei xüsusilə 2000-ci illərin ortalarından etibarən atasının administrasiyasında təsirli fiqur kimi ön plana çıxmağa başlayıb. 2005-ci ildən sonra, Mahmud Əhmədinejadın prezidentliyi dövründə onun seçki proseslərinə və siyasi qərarların formalaşmasına təsir göstərdiyi barədə məlumatlar yayılıb. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən kütləvi etirazların yatırılmasında təhlükəsizlik strukturlarının koordinasiyasında rol oynadığı iddia edilirdi. Həmin dövrdə Müctəba Xamenei sərt xətt tərəfdarı kimi xarakterizə olunurdu.





Oxşar
Əraqçi İranın döyüş meydanında ABŞ üzərində qələbəsini elan edib
Dodik: Avropalılar Aİ-ni hərbi birliyə çevirməyə çalışırlar
Rubio: Vaşinqton Moskva ilə konstruktiv münasibətlərə ümid edir
Misir ABŞ və İranı razılığa gəlməyə çağırıb
Tramp: İran mediasının dərc etdiyi saziş layihəsi yanlışdır
Lukaşenko: Ukraynadakı və İranla münaqişələr 2026-cı ildə başa çatacaq
Ərdoğan: Dünya İkinci Dünya Müharibəsindən bəri ən kritik hadisələri yaşayır
Starmer: İstefalara baxmayaraq, baş nazir vəzifəsində qalacağam