İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər - Tramp
ABŞ və İran arasında danışıqlar yaxşı gedir, atəşkəs rejiminin uzadılmasına ehtiyac olmaya bilər.
Çağrı.az"Sky News"a istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp Ağ Evin qarşısında jurnalistlərə bəyan edib.
"İşlərimiz çox yaxşı gedir, bunu sizə deyə bilərəm. Ola bilsin, bu (sülh sazişinin imzalanması - red.), daha tez baş verəcək. Onun uzadılmasına ehtiyac olduğuna əmin deyiləm. Lakin əgər məcbur olsaydım, bunu edərdim", - Tramp İranla atəşkəs rejiminin uzadılması ehtimalını şərh edib.
Bununla yanaşı, Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarını blokadaya almasının davam etdiyini bildirib: "Heç bir gəmi bizim hərbi dəniz donanmamızın yanından keçə bilməz. Həqiqəti bilmək istəyirsinizsə, blokada bombardmandan daha güclü ola bilər".
Ağ Ev rəhbərinin iddiasına görə, İran nüvə silahı yaratmamağa razılaşıb, lakin Tehran sülh sazişi bağlamaqdan imtina etsə, hərbi əməliyyatlar bərpa oluna bilər.
Bununla yanaşı, o, ABŞ və İran arasında növbəti danışıqlar raundunun bu həftə sonu başlaya biləcəyini istisna etməyib.





Oxşar
Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
"Aİ-nin BMT Təhlükəsizlik Şurasında yeri olmalıdır"
SEPAH İsraili 28 fevraldan əvvəl tutduğu mövqelərə geri çəkilməyə çağırıb
Maqyar Zelenski ilə görüş üçün şərtləri açıqlayıb
Starmer Merz ilə Ukrayna danışıqlarını müzakirə etməyi planlaşdırır
Moldova Aİ-nin üzvlük danışıqlarına başlayıb
Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək
Budapeşt və Kiyev razılığa gəldi