İslamabad ABŞ-İran danışıqları ilə əlaqədar küçələri bağlayır
ABŞ və İran nümayəndə heyətlərinin ikinci raund danışıqları üçün gəlişi ərəfəsində İslamabadın mərkəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılıb.
Çağrı.az xəbər verir ki, bu barədə "TASS" müxbiri məlumat yayıb.
"Polis Pakistanın paytaxtında təhlükəsizlik tədbirlərini gücləndirib, ən sərt tədbirlər hökumət binasının və diplomatik nümayəndəliklərin yerləşdiyi qırmızı zonada tətbiq olunub; əsas yollara əlavə polis postları yerləşdirilib", - məlumatda bildirilib.
"Daily Pakistan" qəzeti daha əvvəl ağır tonnajlı yük maşınlarının paytaxta girişinin qadağan edildiyini və əsas yolların, o cümlədən məşhur piyada küçələrinin bağlandığını bildirmişdi.
"Dawn" qəzetinin məlumatına görə, İslamabad və onun peyk şəhəri Ravalpindidə ictimai nəqliyyat dayandırılıb.
Bu tədbirlər xarici nümayəndə heyətlərinin təhlükəsiz keçidini təmin etmək üçün görülüb. İctimai asayişin qorunması üçün 100 snayper də daxil olmaqla 400-ə qədər elit polis zabiti, eləcə də İslamabaddan 7000 və Pəncab əyalətindən 4000 polis əməkdaşı cəlb olunub.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər