Telefon
WhatsApp
İsrail Livanda 20 Hizbullah döyüşçüsünü zərərsizləşdirib
300 X 250 Reklam Alanı

İsrail ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubundakı Haddata şəhərini təmizləmək üçün keçirdiyi əməliyyat zamanı Hizbullah milisinin ən azı 20 üzvünü zərərsizləşdirib.

Çağrı.az xəbər verir ki, bu barədə İsrail komandanlığının sözçüsü Ella Vaviyanın açıqlamasında bildirilib.

Qeyd olunur ki, əməliyyat nəticəsində müqavimət qüvvələrinin atəş mövqeləri və sığınacaqları ləğv edilib, silah anbarları isə ələ keçirilib.

"401-ci briqadanın əsgərləri Hizbullahın forpostu kimi xidmət edən Haddatha şəhəri üzərində əməliyyat nəzarəti qurublar. Əməliyyat zamanı şəhərdə 20-dən çox yaraqlı öldürülüb, onlarla terrorçu infrastruktur obyekti məhv edilib, RPG, tank əleyhinə raketlər, pulemyotlar və Kalaşnikov avtomatları da daxil olmaqla 150-dən çox silah ələ keçirilib", - açıqlamada qeyd edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!