İsrail ordusu Livanın cənubuna nəzarət edəcək - İsrael Katz
"İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundan çəkilməyəcək və İsrail ordusu "Hizbullah" hərəkatına qarşı əməliyyatı dayandırdıqdan sonra belə Litani çayına qədər təhlükəsizlik zonasına nəzarət edəcək, İsrail sərhədinə yaxın Livan evləri isə dağıdılacaq".
Çağrı.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.
"Əməliyyatın sonunda İsrail Müdafiə Qüvvələri Livan daxilində təhlükəsizlik zonasında - tank əleyhinə raketlərə qarşı müdafiə xəttində yerləşəcək və Litani çayına qədər bütün ərazini nəzarətdə saxlayacaq. Livan sərhədinə bitişik kəndlərdəki bütün evlər şimal Qəzzada Rəfah və Beyt Hanoun modelinə uyğun olaraq məhv ediləcək ki, sərhədə bitişik təhdidləri şimal sakinlərinin üzərindən birdəfəlik aradan qaldırsın", - o bildirib..
Katz həmçinin qeyd edib ki, şimala təxliyə edilən cənubi Livanın 600 mindən çox sakininin geri qayıtması, şimal sakinlərinin təhlükəsizliyi təmin olunana qədər Litanidən cənuba qayıtması qəti qadağan olunacaq.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: