KİV: ABŞ İrana qarşı hərbi əməliyyatın bir neçə mərhələsini açıqlayıb
"ABŞ-ın İrana qarşı hərbi əməliyyatı bir neçə mərhələdə baş tutacaq".
Çağrı.az xəbər verir ki, bu barədə "NBC News" mənbəyə istinadən məlumat verib.
Mənbənin məlumatına görə, Vaşinqton indiyə qədər əməliyyatın iki mərhələsini həyata keçirib: birinci mərhələdə İslam Respublikasının hava hücumundan müdafiə sistemlərini məhv etmək və hücum potensialını zəiflətmək üçün "Tomaqavk" raketləri və dəqiq idarə olunan sursatlardan istifadə edilib. İkinci mərhələdə ABŞ ordusu İrandakı möhkəmləndirilmiş hədəflərə, o cümlədən raket siloslarına və ballistik raket mərkəzlərinə zərbə endirmək üçün B-1 və B-2 strateji bombardmançı təyyarələri və ağır hava bombaları yerləşdirib.
NBC bildirib ki, ordu mərhələlərin sayını açıqlamayıb. ABŞ hələ İranın nüvə obyektlərinə hücum etməyib və bu, növbəti hədəf ola bilər.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: