KİV: Hindistan və ABŞ ticarət sazişi danışıqlarında irəliləyiş əldə ediblər
Hindistan və ABŞ Vaşinqtonda ikitərəfli ticarət sazişi (BTA) üzrə danışıqlarda davamlı irəliləyiş əldə ediblər.
Çağrı.az xəbər verir ki, bu barədə Amerika rəsmi dairələrindəki mənbə "ANI"ə bildirib.
"Amerika və Hindistan nümayəndə heyətləri arasında danışıqlar müsbət və effektivdir, razılaşmaya doğru irəliləyir. Məsləhətləşmələr demək olar ki, başa çatıb. Həll olunmamış çox az məsələ qalıb", - mənbə deyib.
22 apreldə başa çatması planlaşdırılan hazırkı danışıqlar mərhələsi BTA-nı imzalamadan əvvəl tərəflər arasında fikir ayrılıqlarının həllinə yönəlib. Hindistan nümayəndə heyətinə Ticarət Nazirinin müavini Darpan Jain, Amerika nümayəndə heyətinə isə ABŞ Ticarət Nümayəndəsi Ofisindən (USTR) Brendan Linç rəhbərlik edir. Ticarət sazişinin imzalanması ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
ANI qeyd edir ki, Vaşinqtonda keçirilən danışıqlar Hindistanın ABŞ ticarət tariflərini azaltmaq və Vaşinqtonla iqtisadi əməkdaşlığı gücləndirmək səylərinin bir hissəsidir. Hindistan rəqibləri ilə müqayisədə mallarının ABŞ bazarına güzəştli çıxışında israr edir.
Nyu-Dehli və Vaşinqton 2025-ci ilin fevral ayından bəri ikitərəfli ticarətin 2030-cu ilə qədər ikiqat artırılmasını və 500 milyard dollara çatdırılmasını nəzərdə tutan hərtərəfli ticarət sazişi üzrə danışıqlar aparırlar.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər