KİV: İran ucuz dronlarla ABŞ və müttəfiqlərinin raket ehtiyatlarını tükəndirir
“İranın ucuz dronlardan istifadəsi ABŞ və müttəfiqlərinin bahalı raket ehtiyatlarını tükəndirməklə iqtisadi cəhətdən əlverişsiz vəziyyətə salır”.
Çağrı.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzet “Hylio” dron istehsalçısının baş icraçı direktoru və həmtəsisçisi Artur Eriksondan sitat gətirib: "Dronu vurmaq, səmaya dron uçurmaqdan daha baha başa gəlir. Bu, pul oyunudur. Hər atışla onu zərərsizləşdirmək üçün xərc nisbəti ən yaxşı halda 10-a bərabərdir. Lakin İranın xeyrinə xərc baxımından bu, 60 və ya 70-ə bərabər ola bilər".
Bu fonda qəzet Vaşinqton və tərəfdaşlarının regionu müdafiə etmək üçün lazım olan raket tutucularının tükənəcəyi ilə bağlı artan qorxuları qeyd edib. Ekspertlər müttəfiqlərin kifayət qədər hava hücumundan müdafiə imkanları təmin edə bilmədiyi Ukraynadakı vəziyyətlə paralellər aparıblar.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: