KİV: İsrail ABŞ-ın İrana qarşı əməliyyatları bərpa edəcəyini ehtimal etmir
İsrail hakimiyyəti ABŞ administrasiyasının daxili siyasi problemləri və qlobal iqtisadi böhranın daha da artması riski səbəbindən ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etmək qabiliyyətinə şübhə ilə yanaşır.
Çağrı.az xəbər verir ki, bu barədə "Al-Monitor" qəzeti İsrail hökumət mənbələrinə istinadən məlumat yayıb.
Portalın mənbələri qeyd edib ki, İsrail hökuməti ABŞ-dakı vəziyyəti nəzərə alaraq İrana qarşı gələcək tədbirlər üçün bütün mümkün ssenariləri nəzərdən keçirir. Lakin İsrail hökuməti ümumiyyətlə ABŞ-ın İran ərazisinə daha çox zərbə endirməyəcəyini ehtimal edir.
"Al-Monitor"un mənbələri həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında əlaqələrin əhəmiyyətli dərəcədə azalmasına və iki ölkə arasında münasibətlərin soyumasına da işarə edir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər