Telefon
WhatsApp
KİV: Süni intellekt Almaniyada kadr çatışmazlığını azaltmağa kömək edəcək.
300 X 250 Reklam Alanı

Süni intellektin (Sİ) tətbiqi Almaniyanın ÜDM artımına illik 0,2-0,7 faiz bəndi əlavə edə bilər. Bu, növbəti on il ərzində əlavə 323 milyard avroya bərabərdir.

Çağrı.az xəbər verir ki, bu barədə "Bloomberg Economics"(BE) məlumat yayıb.

Agentliyin qeyd etdiyi kimi, Almaniya əhalinin yaşlanması və işçi qüvvəsinin çatışmazlığı fonunda süni intellektin iqtisadi artımı necə qoruyub saxlaya biləcəyinə nümunə ola bilər.

Bəzi proqnozlara görə, 2070-ci ilə qədər Almaniyanın əmək qabiliyyətli əhalisi müxtəlif ssenarilər üzrə təxminən dörddə bir azalaraq hazırkı 51 milyondan 37-45 milyona düşəcək.

"Süni intellekt Almaniyanın böyümə problemləri üçün açıq bir həll yolu kimi görünür. İş yerlərinin 30%-nin, hətta inkişaf etmiş hallarda isə 60%-nin təsirləndiyini nəzərə alsaq, məhsuldarlığın artması üçün əhəmiyyətli potensial var. Lakin nəticələrə zəmanət verilmir", - deyə BE iqtisadçısı Ana Andrade qeyd edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!