Telefon
WhatsApp
KİV: Türkiyə Rusiyadan aldığı S-400-ləri Körfəz ölkəsinə satıb
300 X 250 Reklam Alanı

Türkiyə bir vaxtlar Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini Körfəz dövlətlərindən birinə satıb.

Çağrı.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

"Məndə olan məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb. Saziş bu gün açıqlanacaq, S-400-lər Körfəz ölkələrindən birinə göndərilir. Dünən bəzi problemlərin aradan qaldırılması üçün işlər görülürdü, gecə yarısına qədər onların aradan qaldırıldığı bildirilirdi. Bəziləri Birləşmiş Ərəb Əmirliklərindən, digərləri Qətərdən bəhs edir, rəsmi açıqlamanı gözləmək daha yaxşıdır", - qəzetin şərhçisi Əbdülqədir Selvi yazıb.

 
Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!