Telefon
WhatsApp
Kiyev amerikalı danışıqçılarla əlaqə saxlayır - Zelenski
300 X 250 Reklam Alanı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov amerikalı danışıqçılar Stiv Vitkoff və Cared Kuşnerlə əlaqə saxlayır.

Çağrı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Dünən Umerov və Kuşner arasında söhbət oldu, ondan bir gün əvvəl də danışmışdılar", - deyə o, jurnalistlərə bildirib və əlavə edib ki, Ukrayna Amerika danışıqçılarının səfərinə ümid edir.

Qeyd edək ki, dünya mətbuatında Yaxın Şərqdə vəziyyətin müəyyən dərəcədə sabitləşməsi fonunda, Vitkoff və Kuşnerin Ukrayna münaqişəsinin həllində vasitəçiliyə qayıtma ehtimalı ilə bağlı bir neçə xəbər yayılıb, lakin səfərlərin dəqiq tarixləri hələlik açıqlanmayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!