Kobaxidze: Gürcüstan Aİ-yə qoşulmaq istəyir, amma...
"Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atır, lakin Brüssel hazırda tənəzzüldədir, demokratiya və qanunun aliliyi sahələrində çətinliklər yaşayır".
Çağrı.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze Antalya Diplomatik Forumunda çıxışı zamanı bildirib.
“Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmaqda maraqlıyıq. Eyni zamanda, Avropa İttifaqının özünün bu gün üzləşdiyi çətinlikləri görürük. Bunlar fundamental çətinliklərdir. Bir neçə il ərzində Avropa İttifaqının güclü tərəfləri var idi - güclü kimlik, yüksək rifah göstəriciləri, güclü demokratiya və qanunun aliliyi. Lakin, hazırkı Avropa İttifaqına nəzər salsaq, o, hər üç cəbhədə çətinliklərlə üzləşir”, - Kobaxidze qeyd edib.
Baş nazir qeyd edib ki, Gürcüstan Aİ-dəki bu vəziyyətdən dərin narahatdır. O, gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid etdiyini bildirib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər