Kolumbiyada terror aktı: 14 nəfər həlak oldu
Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində Panamerika avtomobil yolunda törədilən partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
Çağrı.az-ın məlumatına görə, regionun qubernatoru Oktavio Qusman bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Hazırda aralarında beş azyaşlı da olmaqla 14 nəfərin ölümü və 38 nəfərdən çox insanın yaralanması barədə məlumat veririk", - o yazıb.
Qubernator hadisəni mülki şəxslərə qarşı hücum adlandırıb və partlayıcı qurğunun avtomobil yolunda böyük izdiham zamanı partladıldığını, humanitar fəlakətə səbəb olduğunu bildirib.
O, həmçinin regionda zorakılıqların kəskin şəkildə artdığını bildirərək, son saatlar El-Tambo, Kaloto, Popayan, Quaçene, Merkaderes və Miranda da daxil olmaqla bir neçə yaşayış məntəqəsində hücumların və toqquşmaların baş verdiyini qeyd edib.
Region rəhbəri Kolumbiyanın mərkəzi hakimiyyətini təcili tədbirlər görməyə və müdafiə nazirini təhlükəsizlik səylərini əlaqələndirmək üçün göndərməyə çağırıb. O.Qusman qeyd edib ki, səhiyyə sistemi imkanları sərhədində işləyir.
"Caracol Radio" nəşrinin məlumatına görə, 2016-cı il sülh müqaviləsini imzalamayan keçmiş FARC təşkilatının üzvləri ilə əlaqəli olan "Xayme Martines" qruplaşması hücumlara görə məsuliyyət daşıyır./Report





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər