Telefon
WhatsApp
Koşta: Aİ Rusiya ilə danışıqların vaxtının çatdığına inanmır
300 X 250 Reklam Alanı

"Avropa İttifaqı(Aİ) ilə Rusiya arasında danışıqların vaxtı hələ çatmayıb, lakin Aİ-nin Rusiya ilə birbaşa təmaslara ehtiyacı var".

Çağrı.az xəbər verir ki, bu fikri Avropa Şurasının Prezidenti Antonio Koşta Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Konfransda bəzi Aİ liderləri onu Moskva ilə əlaqə kanalları qurmağa çalışdığına görə kəskin tənqid ediblər.

"Təəssüf ki, Rusiya ilə danışıqlar üçün vaxt hələ gəlməyib. Lakin biz dərhal Rusiya ilə birbaşa diplomatik kanal qurmalıyıq, çünki onları dinləməli və onlarla danışmalıyıq. Bütün liderlər deyirlər ki, Aİ gələcək danışıqlar masasında olmalıdır, bu da o deməkdir ki, biz danışmağa başlamalıyıq", - deyə o, əlavə edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!