Litva ruslar və belaruslara qarşı milli sanksiyaları genişləndirib
Litva Seymi hökumətin təklifi ilə razılaşdı, Rusiya və Belarus vətəndaşlarına qarşı milli sanksiyaların 2027-ci ilin sonuna qədər uzadılmasını təsdiqlədi.
Çağrı.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, plenar iclasda 95 üzv lehinə, bir nəfər əleyhinə səs verib,caltı nəfər isə bitərəf qalıb.
İlk dəfə olaraq sanksiyalar indiyə qədər olduğu kimi bir il deyil, təxminən iki il müddətinə uzadılıb. İddia edilir ki, bu, tədbirlərin mütənasibliyi prinsipini pozmur və məhdudlaşdırıcı mexanizmlərin müvəqqəti olduğunu və yenidən nəzərdən keçirilə biləcəyini nəzərə alır.
Sanksiyalara Rusiya və Belarus vətəndaşlarının müvəqqəti yaşayış icazəsi üçün müraciətlərinin dayandırılması daxildir. İstisna hallarda Litvaya qəbul edilən Rusiya vətəndaşlarına Litvada daşınmaz əmlak almaq, Ukrayna qrivnasını idxal etmək və ya elektron yaşayış statusu üçün müraciət etmək qadağandır. Üç təqvim ayı ərzində Rusiyaya və ya Belarusa birdən çox səfər edənlərin müvəqqəti yaşayış icazələri avtomatik olaraq ləğv ediləcək.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər