Makron: Fransa Livanı dəstəkləmək üçün konfrans təşkil etməyə hazırdır
"Fransa hakimiyyəti Livana dəstək məqsədilə ölkəyə yardım üçün vəsait toplamağa kömək edəcək beynəlxalq konfrans təşkil etməyə hazırdır".
Çağrı.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Nikosiyada Kipr lideri Nikos Xristodulides ilə birgə mətbuat konfransında bildirib.
"Livan uyğun hesab etdiyi zaman Fransa bütün iştirakçıları Livanın suverenliyinin bərpasına kömək etmək üçün səfərbər etmək məqsədilə öz dəstəyi ilə konfrans təşkil etməyə hazırdır. Bu konfrans həm Livan Silahlı Qüvvələrinin dəstəklənməsi, həm də ölkənin cənubunun yenidən qurulması məsələlərinə yönələcək. Bu məqsədlər bir-biri ilə ayrılmaz şəkildə bağlıdır", - Makron qeyd edib.
Onun sözlərinə görə, konfrans Livana kömək etmək üçün əlavə Avropa maliyyələşdirməsini cəlb etmək üçün bir fürsət olacaq.
"Fransa və Kipr Avropa İttifaqı ilə Livan arasında tərəfdaşlıq müqaviləsi ideyasını dəstəkləyir və bu konfrans çərçivəsində rəsmiləşdirilə bilər", - Makron əlavə edib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər