Maqyar Zelenski ilə görüş üçün şərtləri açıqlayıb
Macarıstanın Baş naziri Peter Maqyar yalnız Ukraynanın macar azlığının hüquqlarını pozmağı dayandıracağı təqdirdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır.
Çağrı.az xəbər verir ki, Macarıstan hökumətinin başçısı xatırladıb ki, Ukraynada təxminən 100.000 nəfərlik macar azlığı yaşayır.
"Lakin təxminən 10 ildir ki, uşaqların məktəbdə macar dilini öyrənmək imkanı kimi fundamental hüquqlardan məhrumdurlar", - Baş nazir deyib.
"Ukrayna hakimiyyəti bu tamamilə ədalətsiz ayrı-seçkiliyə son qoymaq öhdəliyini götürən kimi, mən Zelenski ilə görüşməyə hazır olacağam", - deyə Maqyar “Le Monde” qəzetinə verdiyi müsahibədə bildirib.
O, mümkün görüş yeri kimi Ukraynanın qərbindəki əhəmiyyətli macar icmasının yaşadığı Berehove şəhərini təklif edib. Eyni zamanda, Baş nazir macarların hüquqları ilə bağlı vəziyyətin düzgün istiqamətdə irəliləyə biləcəyi fikrini bildirib.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər