Telefon
WhatsApp
Merz NATO-nun Avropa istiqamətini gücləndirmək istəyini bildirib
300 X 250 Reklam Alanı

Almaniya kansleri Fridrix Merz NATO-nu yeniləmək və alyansın Avropaya diqqətini gücləndirmək planlarını açıqlayıb.

Çağrı.az xəbər verir ki, bu barədə o, Berlində E5 (Birləşmiş Krallıq, Almaniya, İtaliya, Polşa və Fransa) liderləri arasında danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz ittifaqı yeniləmək istəyirik, onun Avropa ölçüsünü gücləndiririk", - deyə Merz qeyd edib.

Merzin sözlərinə görə, NATO üzvləri Haaqa sammitində məhz buna razılaşıblar.

"Müdafiə xərclərimizi 3,5%-ə çatdırırıq. Almaniya hökuməti bu rəqəmə 2029-cu ilə qədər çatmaq niyyətindədir", - deyə kansler vurğulayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!