Telefon
WhatsApp
Modi G7 görüşündə Yaxın Şərq məsələlərini qaldıracaq
300 X 250 Reklam Alanı

Hindistanın Baş naziri Narendra Modi Fransaya səfəri və "Yeddilik Qrupu" (G7) sammitində iştirakı zamanı Yaxın Şərqdəki hadisələr səbəbindən ölkədə yaranan problemlər məsələsini qaldıracaq.

Çağrı.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə bildirib.

"Bu, müzakirə olunacaq mövzudur. Yaxın Şərqdəki vəziyyət və orada baş verən hadisələrlə bağlı fikirlərimizi, eləcə də narahatlıqlarımızı bildirəcəyik", - deyə o qeyd edib.

Modi iyunun 13-də Fransaya səfər edəcək. O, iyunun 16-17-də G7 sammitində iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!