Mübariz Yunus Həsən bəy Zərdabi adına Mükafata layiq görülüb
Mübariz Yunus Həsən bəy Zərdabi adına Mükafata layiq görülüb
22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyində (AJB) Həsən bəy Zərdabi adına Mükafatın təqdimat mərasimi keçirilib.
Mərasimdə milli jurnalistikanın inkişafına töhfə vermiş media nümayəndələri mükafatlandırılıblar. 2026-cı il üzrə laureatlar sırasında Çağrı.az xəbər portalının baş redaktoru Mübariz Yunus da yer alıb.
Mübariz Yunus uzun illər Azərbaycan mətbuatında göstərdiyi səmərəli fəaliyyəti, “Füyuzat” dərgisinin inkişafına və maarifçi publisistikanın zənginləşdirilməsinə verdiyi töhfələrə görə Həsən bəy Zərdabi adına Mükafata layiq görülüb.
Tədbirdə laureatlara diplom və xatirə nişanları təqdim olunub.
Qeyd edək ki, Həsən bəy Zərdabi adına Mükafatı Azərbaycan Jurnalistlər Birliyi tərəfindən milli mətbuatın inkişafına, peşəkar jurnalistika prinsiplərinin qorunmasına və maarifçilik ənənələrinin yaşadılmasına mühüm töhfələr vermiş media nümayəndələrinə təqdim olunur.





Oxşar
Özbəkistan Jurnalistlər Birliyinin sədri Azərbaycan Milli Mətbuat Günü münasibətilə Azərbaycanlı həmkarını təbrik edib
Mübariz Yunus Həsən bəy Zərdabi adına Mükafata layiq görülüb
Milli mətbuatın missiyası və müasir dövrün çağırışları
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər