Nadejda Neynski: İranda qalan Bolqarıstan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edirik
Bolqarıstan Respublikasının xarici işlər naziri Nadejda Neynski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Çağrı.az xəbər verir ki, nazirlər son günlər regionda yaranmış təhlükəsizlik vəziyyəti, o cümlədən İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron ilə hücumları barədə barədə müzakirə aparılıb.
Nadejda Neynski hücumları pisləyib, vəziyyətlə bağlı narahatlığını ifadə edib, regional sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin İranda qalan Bolqarıstan vətəndaşlarının ölkəmizin ərazisindən keçidinə göstərilən dəstəyə görə təşəkkür edib.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Enerji təhlükəsizliyi, regional bağlantılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.





Oxşar
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Türkiyəli deputatlar Milli Məclisdə olublar
Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik edib
Tramp: İyunda Azərbaycanla Ermənistan arasında keçiriləcək sülh müzakirələrini səbirsizliklə gözləyirik
San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib
Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib