Naxçıvana dron zərbəsinə Əliyevin layiqli cavabı - "İran Ermənistandan soruşsun..."
İran-İsrail-ABŞ müharibəsi başlayandan bu yana Yaxın Şərqdəki qeyri-müəyyən abu-hava daha da pisləşdi və indi hər an kimsə bir digərini vuracaqmış kimi xaos mühiti hökm sürür.
Xüsusilə də ABŞ-a əli çatmayan, İsraildə istədiyi dağıntılara nail ola bilməyən İanın bunun əvəzində Körfəzdəki ərəb dövlətlərini hədəf alması, həmçinin iqtisadi-enerji infrastrukturunu məhv etməyə yönəlmiş raket zərbələri əsəbləri daha da tarıma çəkir.
Əlbəttə, ittiham etmək doğru olmaz ki, münaqişənin səbəbkarı İrandır, yaxud əksinə, İran təmizdir, digərləri yox.
Münaqişədə birbaşa və ya dolayı yollarla iştirak edən hər kəs, ən başda İran, İsral və ABŞ eyni dərəcədə günahkardır və nəticənin necə olmasından asılı olmayaraq bu üçlü Yaxın Şərqdəki son xaosun baiskarları kimi tarixdə qalacaqlar.
Ancaq bu baiskarlara görə, əziyyət çəkən, yaxud potensial zərbə endirilmə riski daşıyan Azərbaycan və Türkiyə, həmçinin bu qəbildən olan digər dövlətlər də var axı..
Məsələn, Türkiyəyə iki dəfə raket atılması və havada zərərsizləşdirilməsi, Azərbaycanın isə Naxçıvan kimi önəmli bölgəsinə dron hücumları bu narahatlığı daha da artırır.
Hər iki ölkənin ən yüksək səviyyədə açıqladığı kimi, Azərbaycan da, Türkiyə də İranla, yaxud qarşı tərəflə münaqişə istəmir, kiminsə tərəfində yer almır və ərazilərindən istifadə üçün heç kimə icazə vermir.
Bəs elə isə, İran niyə bizi vurur?
Burda iki əsas versiya üzərində dayanmaq lazımdır:
1. İran bizi vurmayıb, təxribata çəkilmə ssenarisidir. Bunu İranın daxilindəki agenturanın əli ilə kənar qüvvələr edə bilərdi;
2. İran hələ də müstəqil Azərbaycanı həzm etmir, onun İsrail və ABŞ ilə dinc əlaqələrini təhlükə kimi görür. Ancaq anlamır ki, bu tip əlaqələr Azərbaycan xarici siyasətinin prioritetidir, sadəcə İsrail və ABŞ-a yönəlik deyil, bütün dünya dövlətlərinə qarşı eyni dərəcədədir. Hətta 30 ilə yaxın ərazilərimizi işğalda saxlayan ermənilərə belə, dostluq və sülh qapısı açacaq qədər tərəfdaşlıq və dinc əlaqələrə önəm veririk.
Ona görə də demək mümkündür ki, birinci versiyanın mümkünlüyü İranın dövlət kimi məsuliyyət daşımalı olduğu məsələdir. Sərhədlərinə və texnikasına nəzarət etməyi bacarmalıdır. Bacarmırsa, biz tarixən olduğu kimi belə önəmli coğrafiyanın iqtidar yükünü daşımağa hazırıq.
Yox əgər, ikincidirsə, onda İran hakimiyyəti həqiqətən nə etdiyini bilmiyəcək qədər aciz duruma düşüb.
Hər iki ehtimalda isə Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvana dron hücumu ilə bağlı sərt mövqeyi tam haqlıdır. O, Azərbaycan dövlətinin rəhbəridir, ölkənin təhlükəsizliyi də, gələcəyi də, xoşbəxtlik cə fiavanlığı da onun səlahiyyətlərindən gələn məsuliyyətdir və burada o, haqlı olaraq dövlətinin maraqlarını tələb edir.
Ancaq kimlərsə, israrla bunu müharibə çağırışı kimi dəyərləndirmək niyyətindədirsə, onlara deyiləcək də sözlər vardır.
İlham Əliyevin həmin çıxışı "biz İranla müharibə istəyirik" kimi oxunmamalıdır. Əgər kimsə, israrla bu şəkildə oxuyur və diqtə edirsə, onlardan yan keçilməlidir.
İlham Əliyevin çıxışı əslində belə oxunmalıdır:
"Azərbaycan müstəqil dövlətdir. Kimsədən asılı deyil, kiminsə rahatlıqla istədiyi kimi davranacağı ölkə də deyil".
Azərbaycan heç kimlə – özündən güclü, yaxud zəif – müharibə istəmir, ancaq heç kimə onun haqlarını pozacaq meydan tanımır. Özünü, xalqını və ədaləti qorumaq üçün heç kimin özbaşınalığına göz yumacaq deyil.
Bəs sonra?
Sonrası İrandan asılıdır. Ya ağıllarını başlarına toplayıb yeni düşmən qazanmaq yerinə onlara hücum edənlərə qarşı səfərbər olacaqlar, ya da..
Ya da biz hansısa İsrail və ABŞ qədər "vur-qaç" oyunu oynayacaq həvəsdə deyilik. Bizim digərlərimizdən fərqimiz odur ki, sözümüz bir olduğu kimi, əməlimiz də birdir. Bir olan üzümüzü isə, mollakratiya zamanında dəstəklədiyi işğalçı Ermənistandan soruşa bilər.
(C) Kürşad





Oxşar
MEDİA: Sosial media platformalarında Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddiaları əsassızdır
Regionda sabitlik Azərbaycan üçün strateji prioritetdir - Ekspert
Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümidlərini ifadə ediblər
Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər
Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
Azərbaycanda texniki reqlamentə uyğun olmayan mallara qarşı nəzarət qaydaları təsdiqlənib
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb