NYP: ABŞ–İran danışıqları 6 mlrd dollarlıq dondurulmuş vəsaitə görə dalana dirənib
"ABŞ və İran arasında anlaşma memorandumu ilə bağlı danışıqlarda həll olunmamış əsas məsələlərdən biri 2023-cü ildə məhbus mübadiləsindən sonra Qətərdə saxlanılan təxminən 6 milyard dollarlıq İran aktivlərinin dondurulmasının mümkün şəkildə aradan qaldırılmasıdır".
Çağrı.az xəbər verir ki, bu barədə "The New York Post" qəzeti məlumat yayıb.
Qəzetin istinad etdiyi ABŞ rəsmisi bildirib ki, bu vəsaitlər mərhələli şəkildə ayrıla və ərzaq və dərman alınmasına yönəldilə bilər. Eyni zamanda, o bildirib ki, onların istifadəsi İranın Hörmüz boğazının açılması və minaların təmizlənməsi də daxil olmaqla bir sıra şərtləri yerinə yetirməsindən asılı olacaq.
Bu şərtlərin ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyi, yoxsa müzakirə olunan saziş layihəsinin elementləri olduğu aydın deyil.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər