Telefon
WhatsApp
Oman Maskatda süni intellekt üçün xüsusi zona yaradacaq - ONA
300 X 250 Reklam Alanı

Oman sultanı Heytəm bin Tariq Əl-Səidin fərmanı ilə süni intellekt xüsusi zonası yaradılacaq.

Çağrı.az xəbər verir ki, bu barədə "ONA" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, süni intellekt xüsusi zonası Omanın Maskat qubernatorluğunda yaradılacaq.

"Xüsusi İqtisadi Zonaların və Azad Zonaların İdarə Edilməsi üzrə Dövlət Orqanının Direktorlar Şurası Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əlaqələndirilərək Süni İntellekt Xüsusi Zonasını idarə edəcək, işlədəcək və inkişaf etdirəcək tərəfin təyinatını həyata keçirəcək", - məlumatda bildirilib.

Həyata keçiriləcək layihələr xüsusi iqtisadi və azad zonalar haqqında qanunlarda nəzərdə tutulmuş təşviqlər, imtiyazlar, vergi güzəştləri və digər dəstək tədbirləri ilə təmin ediləcək.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!