Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının (ASİ) İrəvanda keçiriləcək 8-ci iclası ərəfəsində ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunu İrəvanda qəbul edib.
Çağrı.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Ermənistan və ATƏT arasında əməkdaşlığın, o cümlədən müxtəlif sahələrdə ölkənin potensialının gücləndirilməsinə yönəlmiş proqramların həyata keçirilməsi vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sinirlioğlu Paşinyanı sammitin keçirilməsi münasibətilə təbrik edib. O, bildirib ki, bu, Ermənistana göstərilən böyük beynəlxalq diqqətdən xəbər verir.
"Ermənistan sabit dövlətdir və bu, Baş nazir Paşinyanın, hökumətin fəaliyyətinin nəticəsidir", - ATƏT-in rəhbəri qeyd edib.
Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Onlar xüsusilə regional nəqliyyat marşrutlarının blokdan çıxarılmasına yönəlmiş layihələrə toxunublar.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər