Paşinyan Tokayevi təbrik etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi konstitusiya referendumunun uğurlu keçməsi münasibətilə təbrik edib.
Çağrı.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Paşinyanın mesajında deyilir: "Elan etdiyiniz "Ədalətli Qazaxıstan"ın qurulması yolunda fundamental addım olan konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə səmimi təbriklərimi qəbul edin".
Baş nazirin sözlərinə görə, ümumxalq səsverməsinin nəticələri Qazaxıstan Respublikası vətəndaşlarının ölkənin müstəqilliyinin və suverenliyinin təmin edilməsinə, qanunun aliliyi çərçivəsində çiçəklənən və müasir cəmiyyətin qurulmasına məsuliyyətli münasibətini bir daha nümayiş etdirdi.
Ermənistan hökumətinin başçısı Qazaxıstanda konstitusiya islahatlarının Yerevan və Astana arasında dövlətlərarası strateji tərəfdaşlığa yeni təkan verəcəyinə əminliyini bildirib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: