Pentaqon rəhbəri: ABŞ Qlobal Cənub konsepsiyası ilə razı deyil
Pentaqon katibi Pit Heqset Qlobal Cənub konsepsiyasını tənqid edib.
Çağrı.az xəbər verir ki, o, Qərb yarımkürəsi ölkələrini qlobal maraqlardan daha çox milli maraqlara diqqət yetirməyə çağırıb.
"Ortaq irsimizi təhdid edən eyni düşmənlər ortaq coğrafiyamızı da təhdid edir. Onlar bizi həmişə birləşdirən tarixi Şimal-Cənub münasibətlərini ABŞ-ı və digər Qərb yarımkürəsi ölkələrini istisna edən, lakin Qərbdən kənar gücləri və digər düşmənləri də əhatə edən yeni qlobal Cənubla əvəz etməyə çalışırlar", - deyə o, Mayami yaxınlığında Latın Amerikası ölkələrindən olan həmkarları ilə regionda narkotik kartellərinə qarşı mübarizəyə həsr olunmuş konfransda çıxış edərkən bildirib.
Müharibə naziri görüşdə iştirak edənləri "qlobal maraqlar naminə coğrafiyanı görməzdən gəlməməyə" çağırıb: "Prezident Tramp yeni strateji xəritə müəyyən edib - Qrenlandiyadan Amerika körfəzinə, Panama kanalına və ətraf ölkələrə qədər. ABŞ Müharibə Nazirliyində biz bu strateji xəritəni "Böyük Şimali Amerika" adlandırırıq. Niyə? Çünki ekvatorun şimalındakı hər bir suveren ölkə və ərazi, Qrenlandiyadan Ekvadora və Alyaskadan Qayanaya qədər, Qlobal Cənubun bir hissəsi deyil; bu, bizim birbaşa təhlükəsizlik perimetrimizdir", - deyə Pentaqon rəhbəri bildirib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: