Telefon
WhatsApp
Pulsuz Wi-Fi -dan istifadə zamanı diqqətli olaq - EKSPERTDƏN XƏBƏRDARLIQ
300 X 250 Reklam Alanı

Müəllif: İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı,

Bəhruz Əliyev

İctimai şəbəkələrdə risk həqiqətən var. Amma bütün pulsuz Wi-Fi-lər təhlükəlidir kimi demək doğru deyil. Bu gün bir çox sayt və tətbiq şifrələmə istifadə etdiyinə görə public Wi-Fi üzərindən qoşulma çox vaxt işlək və nisbətən təhlükəsiz ola bilər. Bununla belə, açıq və ya saxta hotspot-lar, trafikə müdaxilə, saxta giriş səhifələri və məlumat oğurluğu kimi risklər hələ də qalır. Yəni əsas problem şəbəkənin kimə aid olduğu və sizin onu necə istifadə etdiyinizdir.

İctimai hotspot-un həqiqətən kim tərəfindən idarə olunduğunu yoxlamaq çətin olur. Ona görə də təhlükələr böyükdür. Ən böyük təhlükələr bunlardır: saxta Wi-Fi nöqtəsi qurulması, şifrələnməmiş trafikin izlənməsi, saxta login səhifəsi ilə parol toplamaq, DNS yönləndirməsi, və istifadəçinin cihazında açıq paylaşım funksiyaları varsa lokal şəbəkədən ona giriş cəhdləri. Hücumçu kafe və ya ictimai məkanda oxşar adlı access point yaradıb insanları öz şəbəkəsinə qoşa bilər. Belə halda trafikə baxmaq və ya onu manipulyasiya etmək riski yaranır.

Praktik olaraq bank tətbiqi, dövlət xidmətləri, internet banking, iş emaili və vacib hesablar üçün ictiami Wi-Fi-dən istifadə etməyin. Belə hallarda mobil internetdən istifadə daha doğrudur. Qoşulacaqsınızsa, yalnız HTTPS olan saytları açın, autofill və avtomatik qoşulmanı söndürün, fayl paylaşımını bağlayın, sistem və brauzeri yeniləyin, mümkün olduqda etibarlı korperativ VPN istifadə edin və iş bitən kimi şəbəkəni “forget(unudmaq)” edin.

Pulsuz Wi-Fi avtomatik olaraq viruslu və ya mütləq təhlükəli demək doğru deyil, amma etibar səviyyəsi aşağı şəbəkə kimi qəbul olunmalıdır. Sadə gəzinti, xəritə açmaq, xəbər oxumaq kimi işlər üçün ehtiyatla istifadə oluna bilər. Amma parol, kart məlumatı, bank əməliyyatı, dövlət hesabları və iş sənədləri üçün uyğun seçim deyil. Ən təhlükəsiz yanaşma budur, ictimai Wi-Fi-ı rahatlıq üçün istifadə edin, amma etibar etməyin.

 

 

 

 

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!