Putin və Salman Yaxın Şərqi müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ-ın İran İslam Respublikasına qarşı hücumu nəticəsində Yaxın Şərqdə gərginliyin artması məsələsini müzakirə ediblər.
Çağrı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, hər iki tərəf artıq bir neçə ərəb ölkəsinə təsir edən və fəlakətli nəticələrə səbəb olan münaqişənin gərginləşməsinin real riskləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Bu kontekstdə Vladimir Putin son dərəcə təhlükəli vəziyyətin siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacib olduğunu vurğulayıb.
Məhəmməd bin Salman Əl Səud öz növbəsində Rusiyanın İran və Fars körfəzi ölkələri ilə dostluq münasibətləri nəzərə alınmaqla, bu dövrdə müsbət, sabitləşdirici rol oynaya biləcəyi fikrini bildirib.





Oxşar
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək: