Putin və Əraqçi arasında görüş olub
Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib.
Çağrı.az xəbər verir ki, Rusiya tərəfdən görüşdə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edib.
İran nümayəndə heyətinin tərkibinə Əraqçi il yanaşı, İran XİN başçısının müavini Kazım Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazım Cəlali daxil olub.
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə İranın Ali Rəhbərindən məktub aldığını açıqlayıb.
O vurğulayıb ki, Moskva Tehranla strateji tərəfdaşlığını davam etdirmək niyyətindədir, İranın və regiondakı digər ölkələrin maraqlarına uyğun hərəkət edəcək.
Əraqçi İran ilə Rusiya arasındakı münasibətlərin strateji xarakter daşıdığını və möhkəmlənəcəyini bildirib. Onun sözlərinə görə, İran xalqı xarici təzyiqlərə müqavimət göstərməyə qadirdir və öz maraqlarını müdafiə etməyə davam edəcək.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər