Qarşılıqlı dünyadayıq...
Çox zaman keçməz üstündən,
Sirr açılan dünyadayıq,
Bir az səbr et, döz, ümidlən,
Düz parlayan dünyadayıq..
Dün sabaha qapı açır,
Yaddaş yola işıq saçır,
Ha yalvarır, ha ağlayır,
Üz tanınan dünyadayıq...
Gəl düşünmə, xəyanəti,
Dostdan gələn əziyyəti,
Şükr et gördün, həqiqəti,
Haqq qorunan dünyadayıq...
İbrət aldın əgər dündən,
Əl çək onda bu hüzündən,
Bax sabaha, get ürəkdən,
Dərs alınan dünyadayıq...
Bitdi sözlər, yalan üzlər,
Yalan sözə, yoxdur izzət,
Boşda qalmaz bu ötənlər,
Qarşılıqlı dünyadayıq...
Həşim Səhrablı
0 Şərh
Şərh Göndər
Trend Xəbərlər
Yazarlar
-
- Mübariz Yunus
- 20 Mart 2026, 00:29
Redaktor seçimi
Anket
Sorğunun Nəticəsi
Sual:
(0) Səs -
NAN%
(0) Səs -
NAN%
(0) Səs -
NAN%
(0) Səs -
NAN%
(0) Səs -
NAN%




Oxşar
Ən böyük təhlükə mənəvi aşınma və dəyərlərin unudulmasıdır
AZƏRBAYCAN ƏSGƏRİYƏM !
Kino və ya gözüaçıq gördüyümüz Yapay Yuxular ...
ANAM BABAM ƏRDƏBİL – OKTAY HACIMUSALI
Karanlıkta Bir Meşale: Cemil Meriç ve Hakikat Sürgünü
Uğur qapısı…
Müasir Azərbaycan ədəbiyyatında gənclərin rolu - Müsahibə
SƏN VARSAN DÜNYADA...