Qazaxıstan Almaniya ilə neft tədarükünü müzakirə edib
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Astanada Almaniyanın İqtisadiyyat və Energetika naziri Ketrin Reyx ilə Qazaxıstan neftinin gələcək tədarükü imkanlarını müzakirə edib.
Çağrı.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib.
Mətbuat xidməti qeyd edib ki, dialoq zamanı tərəflər əsas müəssisələrin istehsal tələbatını ödəmək üçün Qazaxıstan neftinin Almaniyaya gələcək tədarükü imkanlarını ətraflı müzakirə ediblər.
Energetika Nazirliyi vurğulayıb ki, ixrac daşımaları üçün nəqliyyat logistikası mövcud makroiqtisadi şərtlərə tez bir zamanda uyğunlaşdırılır.
Qeyd olunub ki, tərəfdaşlarla kommersiya müqavilələrini yerinə yetirmək üçün respublika axınları Xəzər Boru Kəməri Konsorsiumu sisteminə çevik şəkildə yönləndirir və ehtiyat tranzit marşrutlarından fəal şəkildə istifadə edir.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər