Qırğızıstan kəşfiyyatına yeni rəhbər təyin edili
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTXK) sədri Cumqalbek Şabdanbekov başqa vəzifəyə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib. Baş prokuror vəzifəsində çalışmış Maksat Asanaliyev agentliyin rəhbəri vəzifəsini icra edəcək.
Çağrı.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadir Japarovun mətbuat xidməti məlumat verib.
"Cumqalbek Şabdanbekov başqa vəzifəyə keçməsi ilə əlaqədar Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib. Baş prokuror Maksat Asanaliyevin də istefası qəbul edilib. Maksat Asanaliyev Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib", - deyə açıqlamada bildirilir.
Qərarla Asanaliyevin namizədliyi Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilməsi üçün Qırğızıstan Respublikasının Joqorku Keneşinə (Ali Şurası) təqdim olunur. Baş prokurorun birinci müavini Malik Bekturqanov isə Baş prokuror vəzifəsinə təyin edilib.





Oxşar
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
İnvestorları narahat edən əsas risklər