Qırğızıstan Türkiyə və Azərbaycana güvənir
Qırğızıstan irəliləyiş üçün öz tərəfdaşlarına, o cümlədən Türkiyə və Azərbaycana güvənir.
Çağrı.az xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, regional inteqrasiya son məqsəd deyil, davamlı bir prosesdir.
“Regional inteqrasiya siyasi iradə, güzəştlər və etimad tələb edir, xüsusilə xalqlarımız arasında etimad. Mərkəzi Asiya həmişə dialoq regionu olub. Biz inkişaf üçün imkanlar yaradan sabit və proqnozlaşdırıla bilən sülhü dəstəkləyirik”, – deyə o bildirib.
Nazir qeyd edib ki, Mərkəzi Asiya regionu əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat və enerji dəhlizlərinin inkişafı, eləcə də təhlükəsizlik məsələləri üzrə dialoqun dəstəklənməsi vasitəsilə regionun inkişafına töhfə verə bilər.
“35 ildən sonra bir şey aydındır: Mərkəzi Asiya güclü regiona çevrilib. Biz öz səsi olan müstəqil aktorlarıq”, – deyə Jeenbek Kulubayev əlavə edib.





Oxşar
Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki görüşləri.
Türk Dünyasına Kalemiyle Can Verenlerin Canıyla Ödediği Bedel
Türkiyə-İsrail rəqabəti və yeni Yaxın Şərqin formalaşması
Azərbaycandan türk dünyasına özə qayıdış örnəyi: Göytürk yazısının dirçəlişi
ABŞ-İran Gərginliyi: Hörmüz Boğazı Yenə Bağlana Bilər
Türk Dünyasında İmtahan Mərkəzləri Bir Araya Gəldi
Özbəkistanın gömrük xidmətində rəqəmsal transformasiyanın praktiki nəticələri
Türk kimliyinə qarşı "DNT hücumu"? – "Məsələ təkcə gen deyil..."