Telefon
WhatsApp
Qətər Dohada keçiriləcək dolayı ABŞ-İran danışıqlarının mövzularını açıqlayıb
300 X 250 Reklam Alanı

"Hörmüz boğazı ətrafındakı vəziyyət, İranın nüvə proqramı ABŞ və İran nümayəndə heyətləri arasında Dohada keçiriləcək dolayı danışıqların əsas mövzuları olacaq".

Çağrı.az xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

"Hörmüz boğazındakı vəziyyət, əlbəttə ki, davam edən danışıqların əsas mövzularından biridir. Lakin bu, yeganə mübahisəli məsələ deyil; nüvə proqramı və ümumilikdə regional vəziyyət də daxil olmaqla, digər məsələlər də var", - o qeyd edib.

Əl-Ənsari vurğulayıb ki, Dohanın mövqeyi dəyişməz olaraq qalır və beynəlxalq statusa malik Hörmüz boğazında maneəsiz naviqasiyanın təmin edilməsi zərurətinə əsaslanır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!