Qətərlə dostluq əlaqələrini qorumağa çalışırıq - Əraqçi
İran Qətər və digər region ölkələri ilə dostluq əlaqələrini qorumağa çalışır, lakin ABŞ ilə İsrailin bazaları yerləşən ərazilərə hücum etməli olur.
Çağrı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə telefon danışığında deyib.
"Qətər də daxil olmaqla, region ölkələri ilə dostluq əlaqələrinin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk, amma İrana zərbələr üçün ABŞ və İsrailin bu ölkələrdəki bazalardan istifadə etməsi Tehranın da hücum etməsinə səbəb olub", - Əraqçi bildirib və region ölkələrinin kollektiv, daxili sülh və təhlükəsizlik istiqamətində hərəkət edəcəyinə ümid etdiyini vurğulayıb.
Onun sözlərinə görə, ABŞ ilə İsrailin məktəb, universitet, xəstəxana, sənaye və istehsal infrastrukturu, nüvə obyektlərinə edilən hücumlar beynəlxalq instansiyalarda mühakimə olunmalı və cəzalandırılmalıdır.
Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani müharibənin dərhal dayandırılması və regionda sabitlik, təhlükəsizliyin bərpasının zəruriliyini vurğulayıb.
Söhbət zamanı İran-Qətər ikitərəfli münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər