Telefon
WhatsApp
Rubio BƏƏ prezidenti ilə İran sazişini müzakirə edib
300 X 250 Reklam Alanı

ABŞ dövlət katibi Marko Rubio və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Əbu-Dabidə keçirilən görüşdə Vaşinqton və Tehran arasında razılaşmaları, eləcə də Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsini müzakirə ediblər.

Çağrı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqotun yazılı açıqlamasında bildirilib.

"Onlar Prezident Donald Trampın İranla anlaşma memorandumunu, Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsi səylərini və regionda sülh və sabitliyin əhəmiyyətini müzakirə ediblər", - o qeyd edib.

Piqottun sözlərinə görə, ABŞ dövlət katibi və BƏƏ prezidenti həmçinin müdafiə və ticarət sahələrində gələcək əməkdaşlıqı müzakirə ediblər. Rubio ABŞ-ın BƏƏ-nin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!