Rubio Mərkəzi Asiya ölkələrinə səfər edəcək
ABŞ dövlət katibi Marko Rubio 2026-cı ilin sonlarında Orta Asiya ölkələrinə səfər edəcəyini açıqlayıb.
Çağrı.az xəbər verir ki, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləməsində Rubio Tramp administrasiyasının ABŞ qanunverici orqanı tərəfindən ABŞ-ın Orta Asiya respublikaları ilə ticarətini məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğvini dəstəklədiyini təsdiqləyib.
"Biz inanırıq ki, bu, faydalı olar", - deyə o qeyd edib.
"Yeri gəlmişkən, biz regionda C5+1 formatında (ABŞ və beş Orta Asiya ölkəsi - red.) görüş keçirməyi planlaşdırırıq və mən bu ilin sonunda orada iştirak edəcəyəm", - deyə Amerika Dövlət Departamentinin rəhbəri bildirib.
C5+1 ABŞ-ın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla kollektiv qarşılıqlı əlaqəsi üçün bir mexanizmdir. Vaşinqton təxminən 2015-ci ildən bəri bundan istifadə edir.





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər