Telefon
WhatsApp
Rubio prezidentlik yarışında yerini J.D. Vensə verməyə hazırdır
300 X 250 Reklam Alanı

ABŞ-ın hazırkı vitse-prezident J.D. Vens namizədliyini irəli sürmək niyyətində olduğunu açıqladığı təqdirdə, ABŞ Dövlət Katibi Marko Rubio 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırmır.

Çağrı.az xəbər verir ki, bu barədə "Associated Press"(AP) agentliyi Dövlət Katibinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Rubio müşavirləri və köməkçiləri ilə söhbətlərində dəfələrlə Vensə yol verməyə hazır olduğunu bildirib.
Eyni zamanda, AP-nin qeyd etdiyi kimi, Dövlət Katibi və Prezidentin Milli Təhlükəsizlik Məsələləri üzrə köməkçisi vəzifələrini birləşdirən Rubio son aylarda Ağ Ev Milli Təhlükəsizlik Şurasında əsas vəzifələrə komanda yoldaşlarını təyin edərək mövqeyini xeyli gücləndirib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ şərh yoxdur! İlk şərh yazan siz olun!

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!