Rubio Tramp və Netanyahu arasında gərgin telefon danışığına münasibət bildirib
ABŞ dövlət katibi Marko Rubio bu həftənin əvvəlində ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Livanla bağlı gərgin telefon danışığının kontekstini aydınlaşdırmağa çalışıb və Hizbullahın daimi məsələ (problem mənasında - red.) olaraq qaldığını bildirib.
Çağrı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində çıxış edən Rubio bildirib: "Son vaxtlar baş verənlər kontekstində ABŞ-ın bu həftənin əvvəlində İsrailin Beyrut daxilində Hizbullah hədəflərinə zərbə endirməyi düşünə biləcəyi barədə çoxsaylı kəşfiyyat məlumatları vardı. Elə həmin anda Livan hakimiyyəti bizimlə əlaqə saxladı və Hizbullah nümayəndələrinin onlarla əlaqə saxladığını və İsrailin Beyruta hücum etməməsi halında İsrail ərazisinə raket atmağı dayandıracağını elan etdiklərini bildirdilər".
Rubio vəziyyəti belə təsvir edib: "Aldığımız mesaj budur və prezidentin Netanyahuya "Yaxşı, mənim bir xahişim var. Əgər Beyrutdakı bu zərbələri dayandırsanız, onlar İsrailin şimalını atəşə tutmağı dayandıracaqlar", - deməsi də məhz bunu nəzərdə tuturdu".
"Təəssüf ki, həmin söhbətdən sözün əsl mənasında bir-iki saat sonra Hizbullahın İsrailə və İsrail ərazisinə iki raket hücumu dalğası baş verdi", - deyə o əlavə edib.
Rubionun sözlərinə görə, İsrailin Livanın cənubunda hərbi əməliyyatının genişləndirilməsi Hizbullahı raket buraxılış məntəqələrindən məhrum etmək məqsədi daşıyır: "Ümid edirik ki, Livan hökuməti və İsrailin Hizbullahı tərksilah etmək və Livan xalqının öz ölkələrinə qayıtmasına icazə vermək üçün birlikdə işləyə biləcəyi bir paradiqma yarada bilərik, lakin bu, çətin bir prosesdir".





Oxşar
Azərbaycan Jurnalistlər Birliyi Həsən bəy Zərdabi adına Mükafatının laureatları ödülləndirilib
“Əkinçi”nin toxumları Zəfər torpağında cücərir
Həsən bəy Zərdabi adına mükafatın növbəti laureatları müəyyənləşib
AJB Bölgə Mediası Dinləməsi keçirib
Sabahdan "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayacaq
Milli və qlobal iqtisadiyyatın inkişafında kimya elminin əhəmiyyəti
Gəncədə irimiqyaslı biznes tədbiri keçiriləcək:
Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər